Avropa
Budapeşt yeni tədarükçü tapdı: Macarıstanı görün hansı ölkə qazla təmin edəcək
Macarıstan ABŞ-ın “Shell” şirkəti ilə uzunmüddətli qaz təchizatı müqaviləsi bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyarto məlumat verib.
Razılaşmaya əsasən, 2026-cı ildən etibarən Macarıstan hər il 2 milyard kubmetr qaz alacaq. Müqavilə 10 il müddətinə nəzərdə tutulub. Nazir bildirib ki, bu addım ölkənin enerji mənbələrinin şaxələndirilməsinə imkan verəcək.
Hazırda Macarıstanın əsas qaz təchizatçısı Rusiyadır. Siyarto vurğulayıb ki, yeni müqavilə Rusiyadan qaz tədarükünü əvəz etmir, əksinə mövcud idxalı tamamlayır.
Məlumata görə, bu ilin əvvəlindən Macarıstana Rusiyadan 5 milyard kubmetrdən çox qaz nəql olunub. İlin sonuna qədər bu rəqəmin 8–8,5 milyard kubmetrə çatacağı gözlənilir.
Macarıstan rəsmisi, həmçinin Avropa İttifaqının Rusiyadan enerji asılılığını azaltmaq çağırışlarını tənqid edib və bildirib ki, əgər Rusiya qazı və neftindən imtina olunsa, ölkə əhalisinin kommunal xərcləri bir neçə dəfə arta bilər.
Nazir iddia edib ki, Ukraynanın “Drujba” neft kəmərinə hücumları Macarıstan və Slovakiyaya ciddi zərər vurur və bu, Brüsselin təzyiqi ilə həyata keçirilir.
Akqabay
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi
-
Magazin130 İyun 22:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial30 İyun 21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı


































