Avropa
Zelenski “sülh planı”na cavabı Trampa göndərdi: Donbasdan imtina edirlər?
Ukrayna Tramp Administrasiyasının “sülh planı” ilə bağlı cavabını ABŞ-a təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin jurnalisti Barak Ravid bildirib ki, Kiyevin Vaşinqtona cavabı çərşənbə günü təqdim etdiyini Ukrayna və ABŞ rəsmiləri təsdiqləyib. Lakin o, Ukraynanın cavabının məzmunu və ya ABŞ-ın reaksiyası ilə bağlı təfərrüatları açıqlamayıb.
“Bloomberg” nəşri də yazır ki, Ukrayna əlavə aydınlıq gətirmədən “sülh planı”na cavabını ABŞ-a göndərib.
Vaşinqton və Kiyev arasında əsas ziddiyyətli məqam ərazilərlə bağlıdır. ABŞ Rusiyanın mövqeyindən çıxış edərək, Ukraynanın Donbasda nəzarət etdiyi ərazilərdən çıxmasını tələb etsə də, Zelenski bununla razılaşmır. Ukrayna prezidenti Londonda apardığı danışıqlardan sonra da “ərazilərlə bağlı güzəşt” etməyəcəyini bildirib.
Britaniyanın “The Telegraph” nəşri isə pərdəarxası mövqelərin fərqli olduğunu iddia edir. Nəşr mənbələrə istinadən yazır ki, Zelenski artıq ərazi məsələsində əvvəlki kimi sərt mövqe tutmur və müəyyən şərtlər daxilində Donbasdan çəkilməyi nəzərdən keçirir. Nəşr əlavə edir ki, cəsarətli bəyanatlara baxmayaraq, Ukrayna tərəfi real vəziyyətin ümidsizliyini anlayır.
“Ukraynada belə güzəştin qəbuledilməz olduğunu desələr də, əlavə edirlər ki, Rusiya “qarşılıqlı” güzəştə gedəcəyi təqdirdə, ərazilərdən imtina edə bilərlər. “Qarşılıqlı güzəşt”in nədən ibarət olduğu bəlli deyil, lakin bu, böyük ehtimalla təhlükəsizlik təminatı ilə bağlıdır. Kiyev ABŞ-dan Senatın ratifikasiya etdiyi təhlükəsizlik zəmanəti istəyir”, - nəşr yazır.
Asif
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































