Avropa
Avropanın Ukrayna ilə bağlı mövqeyi ABŞ-ı QƏZƏBLƏNDİRDİ
Avropa liderlərinin Ukraynada sülhün təmin olunması ilə bağlı mövqeyi Vaşinqtonu qəzəbləndirib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
“Avropalılar (Kiyevə) səbirli olmağı tövsiyə etdi və bu yolla Kiyevə ümid verdilər, lakin Vaşinqtondakı bəzi şəxsləri qəzəbləndirdilər”, — deyə məlumatda bildirilir.
"Axios" yazır ki, Ukrayna lideri Volodimir Zelenski ABŞ-dan Prezident Donald Trampın 20 maddədən ibarət planının mümkün qədər tez qəbul olunması tələbi ilə artan təzyiqlə üzləşir.
Kütləvi informasiya vasitələri ABŞ Prezidenti Donald Trampın Ukraynaya dair yenilənmiş sülh planının mətninin detalları ilə tanış edirlər. Əsas maddələrə Donbasdan Ukrayna Silahlı Qüvvələrinin çıxarılması, NATO-nun Kiyevi qəbul etməməsi, Ukraynada prezident seçkilərinin keçirilməsi və Rusiyanın dondurulmuş aktivlərinin birgə istifadəsi daxildir. Ötən gün məlum olub ki, Kiyev razılaşma mətninə öz dəyişikliklərini Vaşinqtona təqdim edib.
Hüseyn İbadlı
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































