Avropa
Kiyevdən Moskvaya tələb: Donbasdan geri çəkilmək üçün...
Ukrayna qoşunlarını Donbasdan çıxarmağı nəzərdən keçirir, lakin bu, yalnız Rusiyanın da eyni addımı atacağı halda mümkün ola bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Ukrayna prezidentu Vladimir Zelenski Vaşinqtonun Donbasda Ukrayna və Rusiya mövqeləri arasında “azad iqtisadi zona” yaratmaq üçün təşəbbüs göstərdiyini təsdiqləyib. O deyib ki, ABŞ tərəfi Ukrayna qoşunlarının bölgəni tərk etməsini, bunun əvəzində isə Rusiya ordusunun həmin zonaya daxil olmamasını təklif edir. Zelenski ərazinin Rusiyaya verilməsinin mümkün olmadığını və Ukrayna xalqının iradəsinə zidd getməyəcəyini vurğulayıb, lakin danışıqlar qrupuna ABŞ təkliflərini “konstruktiv şəkildə” işləməyi tapşırıb.
Medianın məlumatına görə, Ağ Evin xüsusi elçisi Stiv Uitkov Kiyevdən bir sıra güzəştlər tələb edir və daha əvvəl Rusiyanın da iştirak etdiyi, Donbasda demilitarizasiya zonasını faktiki olaraq Rusiya ərazisi kimi tanıyan 28 maddəlik plan irəli sürülüb.
Ukrayna isə alternativ olaraq qarşılıqlı qoşun çıxarılması, ərazinin Ukraynada qalması və ABŞ təhlükəsizlik zəmanətləri üzrə paralel danışıqlar təklif edib.
Almaniya kansleri Fridrix Merts bildirib ki, ərazi güzəştləri barədə qərarı yalnız Ukrayna xalqı verə bilər və Kiyevi xalqın dəstəkləməyəcəyi sülhə məcbur etmək doğru deyil.
Rusiya hələlik qoşunların qarşılıqlı şəkildə geri çəkilməsinə razılıq verəcəyinə dair siqnal verməyib. Sergey Lavrov istənilən təhlükəsizlik mexanizminin yalnız Ukraynanın deyil, Rusiyanın maraqlarını da nəzərə almalı olduğunu deyib.
Demilitarizasiya zonasının detalları hələlik müəyyənləşməyib. Məsələ Zelenski və Tramp arasında gözlənilən danışıqlarda, həmçinin Parisdə keçiriləcək toplantıda müzakirə olunacaq.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































