Avropa
Zelenski daha bir müavinini İTİRDİ
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisində rəhbər müavininin - Oleq Tatarovun istefaya göndərilməsi barədə qərar qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatlarından biri özünün "Telegram" kanalında məlumat verib.
“Oleq Tatarov Zelenskinin ofisini tərk edir”, - paylaşımda deyilir.
Deputat qeyd edib ki, Zelenskinin ofisi vəziyyəti yumşaltmaq məqsədilə Təhlükəsizlik Xidmətinin rəhbərinə Tatarovun bu qurumda işlə təmin olunması imkanını nəzərdən keçirməyi təklif edib. Lakin onun üçün uyğun vakansiya tapılmayıb.
Paylaşımda verilən məlumata görə, Tatarovun gələcəkdə çalışa biləcəyi ehtimal olunan yer Baş Kəşfiyyat İdarəsidir. Deputat bu məlumatın mənbələrini açıqlamayıb.
Xatırladaq ki, Tatarov 2020-ci ildə Zelenskinin ofisində rəhbər müavini vəzifəsini tutub.
Noyabrın 28-də Zelenski baş vermiş korrupsiya qalmaqalı ilə əlaqədar öz ofisinin rəhbəri vəzifəsindən Andrey Yermakın istefasını qəbul edib. Məmurun istefası onun mənzilində antikorrupsiya orqanları tərəfindən aparılan axtarışdan sonra baş verib. Qərb dairələrində bu hadisə “siyasi zəlzələ” və “ölümcül kombinasiya” kimi qiymətləndirilib. Bundan əlavə, Zelenski Yermakı Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) və Ali Baş Komandanın Qərargahının tərkibindən çıxarıb.
Hüseyn İbadlı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















