Avropa
Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
Fransız fermerləri Parisin blokadasını təşkil etməyi planlaşdırırlar, bunun üçün təxminən min traktor istifadə olunacaq.
Publika.az xəbər verir ki, əgər hökumət kənd təsərrüfatı heyvanlarının məcburi məhv edilməsinə son verməsə, etiraz aksiyası yanvarın əvvəlində baş tutacaq.
Etirazçılar artıq bir neçə gündür Fransanın cənub-qərbindəki magistral yolları bağlayırlar. Onlara yüzlərlə avtomobillə federal magistralı bağlayan taksi sürücüləri də qoşulub.
Mitinq iştirakçılarının narazılığı dövlətin nodulyar dermatit – iri buynuzlu heyvanların dərisini zədələyən xəstəlik – ilə bağlı siyasətindən qaynaqlanır. Mövcud qaydalara əsasən, fermerlər bütün mal-qaranı məhv etməyə məcburdurlar.
Bundan əvvəl etirazçılar prezident Makronun iqamətgahı qarşısında aksiyalar keçirib, dağ xizək bazalarına gedən yolları bağlamaqla hədələyib, həmçinin keçmiş kənd təsərrüfatı naziri ofisinin qarşısına ölü buzov qoyublar.
Hüseyn İbadlı
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü





































