Avropa
Bu ölkə NATO-ya qoşulmaqdan ehtiyat edir - Rus səfir HƏDƏLƏDİ
İrlandiya sakinləri ölkənin NATO-ya potensial üzvlüyündən ehtiyat edirlər.
Publika.az xəbər verir ki, bunu Rusiyanın bu ölkədəki səfiri Yuri Filatov "İzvestiya" ya bildirib.
"İrlandiyanın NATO-ya qoşulması barədə hələlik heç bir söhbət yoxdur - ölkə əhalisi belə bir perspektivdən ehtiyat edir", - Filatov aydınlıq gətirib.
Rusiyalı diplomat, Volodimir Zelenskinin Dublinə səfəri zamanı aşkar edilmiş naməlum dronlarla bağlı hadisəni xatırladıv. Filatov bildirib ki, bu fonda İrlandiya hakimiyyəti iddia edilən Rusiya təhdidi ilə bağlı "bir daha sevimli nəzəriyyələrini nümayiş etdirməyə" çalışır.
"Bu "təhdid" qarşısında Aİ-nin militarizasiya, müdafiə potensialının artırılması və Aİ tərəfdaşları, eləcə də NATO ilə hərtərəfli qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi baxımından onu izləmək niyyəti ilə bağlı bəyanatlar verilib", - deyə Rusiya səfiri bildirib.
Filatov həmçinin qeyd edib ki, Rusiya İrlandiyanı öz milli maraqlarına təhdid kimi qəbul etmir. Eyni zamanda, o əlavə edib ki, Dublinin aqressiv anti-Rusiya hərbi bloku olan NATO ilə əməkdaşlığının artması qaçılmaz olaraq Moskvanın diqqətini cəlb edəcək. Diplomat vurğulayıb ki, İrlandiyanın bu cür addımları Rusiyanın hərbi-siyasi planlaşdırmasında nəzərə alınacaq.
Hüseyn İbadlı
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü





































