Avropa
Makronun qab-qacağı oğurlandı - Yelisey Sarayında QALMAQAL
Yelisey Sarayının əməkdaşı iki il ərzində Fransa prezidenti Emmanuel Makronun iqamətgahından çini qab oğurlayıb.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.
Bildirilib ki, masaların açılması və qab-qacaqların inventarlaşdırılmasına cavabdeh olan menecer Tomas M. Fransanın mədəni irsinə aid fincanlar, boşqablar və digər əşyalar da daxil olmaqla, on minlərlə avro dəyərində təxminən 100 ədəd Sevr çinisini mənimsəyib.
Bildirilir ki, o, oğurluqları gizlətmək məqsədilə inventar sənədlərini saxtalaşdırıb və ələ keçirilən əşyaları Luvr muzeyinin zallarından birində baxıcı kimi çalışan çini kolleksiyaçısı Jislenə verib.
Qeyd olunur ki, məhkəmə hər iki şəxsin oğurlanmış əmlakı geri qaytarması barədə qərar çıxarıb. Həmçinin kolleksiyaçının Luvrda işləməsi qadağan edilib, menecer isə Yelisey Sarayındakı vəzifəsindən kənarlaşdırılıb.
Adəm
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü





































