Avropa
ABŞ-ın İrana zərbə üçün istifadə etdiyi Britaniya aviabazasında terror şübhəsi - 5 nəfər saxlanıldı
Britaniyada RAF Fairford aviabazası yaxınlığında terror aktı hazırlamaqda və partlayıcı maddələrlə bağlı qanunvericiliyi pozmaqda şübhəli bilinən 5 kişi saxlanılıb.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, Britaniya polisi yerli sakinlərin aviabazaya doğru hərəkət edən üç şübhəli furqon barədə məlumatından sonra əməliyyat keçirib. Silahlı polis əməkdaşları Qlosterşirin Uelford ərazisində 5 nəfəri saxlayıb. Onlar hazırda nəzarətdə saxlanılır və istintaqı antiterror polisi aparır.
Hadisə ilə əlaqədar ərazidəki 85 ailə ehtiyat tədbiri olaraq təxliyə edilib. Orduya məxsus partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər şübhəli üç avtomobili araşdırır. Nəqliyyat vasitələrinin ətrafında 400 metrlik təhlükəsizlik zolağı yaradılıb.
Polis hadisənin nəzarət altında olduğunu və hazırda yerli sakinlər üçün təhlükə olmadığını bildirib.
Qeyd edək ki, RAF Fairford ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi aviabazalardan biridir. Bazadan İrandakı raket obyektlərinə zərbələr endirmək üçün istifadə edildiyi bildirilir. İran daha əvvəl Londonu bu əməkdaşlığın mümkün nəticələri barədə xəbərdar edib.
Ləman
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi



































.jpg)

