Hadisə
Çoxmərtəbəli yaşayış binalarında təlim keçirildi - VİDEO
Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 62 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarında təlim keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binalarına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
"Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binalarına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşaraq döyüş açılışı edə bilmədiyi müəyyən olunub. Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binaların ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı da aşkar olunub.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binaların yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda sakinlərlə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir", - məlumatda qeyd olunub.
-
Elm və təhsil11:23Hər şey şagirdin qorunması üçün: Bəs müəllimin hüququ?
-
Hadisə10:45Xaçmazda məktəbli qızın meyiti tapıldı - FOTO
-
İdman10:39Günün oyunları - AFİŞA
-
Nida Xəbər 09:53Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olundu
-
Nida Xəbər 09:44Prezidentin köməkçisi vyetnamlı müğəninin ifasını təriflədi
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir





































.png)

