Paris merinin həvəsi: İclasa gecikməsinin səbəbi görün nə olub
Bizi izləyin

Avropa

Paris merinin həvəsi: İclasa gecikməsinin səbəbi görün nə olub

Paris merinin həvəsi: İclasa gecikməsinin səbəbi görün nə olub

Paris meri Emmanuel Qreqor şəhər şurasının iclasına gecikdiyinə görə gündəmə gəlib. Onun gecəni yeni çıxan GTA VI videooyununu oynamaqla keçirdiyi ehtimal olunur.

Publika.az xəbər verir ki, bu iddia jurnalist Enzo Morel tərəfindən “X” sosial şəbəkəsində irəli sürülüb.

Məlumata görə, iclas yerli vaxtla saat 09:00-da başlamalı olsa da, Qreqor işə günorta saatlarında gəlib. Bundan bir gün əvvəl isə mer “Instagram” hesabında GTA VI-nın təqdimatına geri sayım videosu paylaşaraq üzərinə “Let’s Go!!!!” yazıb.

Jurnalist ehtimal edir ki, mer gecəni yeni videooyun oynamaqla keçirib və bu səbəbdən iclasa gecikib. Lakin bu versiyanın rəsmi təsdiqi yoxdur. Emmanuel Qreqor və onun mətbuat xidməti gecikmənin səbəbi ilə bağlı hələlik açıqlama verməyib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm