Avropa
Aİ-də veto qaydası dəyişir: Ukraynanın yolu açılır?
Avropa Komissiyası üzv dövlətlərin veto hüququndan yan keçməyə imkan verəcək qərar mexanizmi islahatı təklif edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Rapporteur" layihə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen gələn həftə Avropa İttifaqının üzvlərinin sayının 30-dan çoxa çatdırılmasına hazırlıq planını təqdim edəcək. Sənədlərdə bunun üçün Lissabon müqaviləsinə dəyişiklik edilmədən Aİ-nin qərarvermə mexanizmində ciddi yeniliklərin tətbiqi nəzərdə tutulur.
Təklifə əsasən, namizəd ölkələrin Aİ-yə üzvlük prosesinin bir sıra mərhələlərində hazırda tələb olunan 27 ölkənin yekdil razılığı əvəzinə hüquqi keçid mexanizmlərindən istifadə edilə bilər.
Avropa Komissiyası həmçinin sanksiyalar, insan hüquqları, müdafiə və təhlükəsizlik, eləcə də vergidən yayınma ilə bağlı məsələlərdə 15 ölkənin və Aİ əhalisinin üçdə ikisini təmsil edən dövlətlərin dəstəklədiyi ixtisaslı səs çoxluğunun tətbiqini təklif edir.
"Rapporteur" yazır ki, bu dəyişiklik üçün əvvəlcə Aİ üzvlərinin yekdil razılığı tələb olunacaq. Qəbul ediləcəyi təqdirdə, az sayda üzv ölkənin etirazı ilə üzləşən Ukrayna, Monteneqro və Şimali Makedoniyanın üzvlük müraciətlərinin bəzi mərhələlərinin sürətləndirilməsi mümkün ola bilər.
Müəllif: Adəm
-
Avropa21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO














.jpg)






















