Tusk və Kosinyak-Kamışa sui-qəsd xəbərdarlığı: Xüsusi xidmət orqanları hərəkətə keçdi
Bizi izləyin

Avropa

Tusk və Kosinyak-Kamışa sui-qəsd xəbərdarlığı: Xüsusi xidmət orqanları hərəkətə keçdi

Tusk və Kosinyak-Kamışa sui-qəsd xəbərdarlığı: Xüsusi xidmət orqanları hərəkətə keçdi

Polşanın Baş naziri Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı sui-qəsd ola bilər.

Publika.az xəbər verir ki, Polşa polisi mümkün sui-qəsd cəhdi barədə bildiriş alıb.

Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçka sosial mediada məlumat yayaraq qeyd edib ki, əldə edilən informasiyaya cavab olaraq daxili işlər naziri Marçin Kervinski və Xüsusi Xidmətlərin koordinatoru Tomaş Semonyak hərəkətə keçiblər. Onlar hüquq-mühafizə orqanlarına lazımi tədbirlərin görülməsi barədə göstərişlər veriblər. Qaleçka əlavə məlumat verməyib.

Xatırladaq ki, ötən ilin may ayında Polşa Baş naziri Tuskun Hollandiyadakı çıxışı zamanı insident yaranmışdı. Çıxış onun ayaqlarına atılan tüstü şaşkası atılması səbəbindən pozulmuşdu. Həmin vaxt sui-qəsdə bənzər hadisə zamanı izdihamdan kimsə tüstü şaşkasını Polşa və Hollandiya baş nazirlərinin dayandığı səhnəyə atmışdı.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm