Avropa
Le Pen fon der Lyayeni hədəfə aldı: Aİ-də kreslosu laxlayır?
Fransada prezidentliyə namizəd Marin Le Pen Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Avropa İttifaqına üzv ölkələrin hökumətləri arasında nüfuzunu ciddi şəkildə itirdiyini bildirib. O, fon der Lyayenin səlahiyyət müddətinin sonunadək vəzifədə qala biləcəyinə şübhə ilə yanaşıb.
Publika.az xəbər verir ki, Le Pen bu fikirləri “Financial Times” qəzetinə müsahibəsində səsləndirib.
O, bir sıra Avropa hökumətlərinin Avropa Komissiyasının rəhbərinə etimadını itirdiyini vurğulayıb. Nəşr müsahibənin əlavə təfərrüatlarını açıqlamayıb.
“Politico” nəşrinin Brüsseldəki mənbələrinə istinadən yaydığı məlumata görə, fon der Lyayenin idarəçilik üslubu bəzi rəsmilər tərəfindən həddindən artıq qapalı hesab olunur. Onun iş metodu hətta “bunker idarəçiliyi” kimi xarakterizə edilir.
Bundan əlavə, nəşrin məlumatına əsasən, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qeyri-rəsmi müzakirələrdə fon der Lyayen haqqında sərt ifadələr işlədir və onu “diktator” adlandırır.
Ursula fon der Lyayen və Avropa Komissiyasının mətbuat xidməti səsləndirilən qiymətləndirmələrə açıq şəkildə münasibət bildirməyib. Materialda Avropa Komissiyası nümayəndələrinin hər hansı şərhi yer almayıb.
Qeyd edək ki, Avropa Komissiyası sədrinin təhlükəsizlik sahəsində irəli sürdüyü bəzi təşəbbüslər də əvvəllər Aİ daxilində narazılıq doğurub. Bir sıra ölkələr bu təkliflərin NATO-nun səlahiyyətləri ilə mümkün üst-üstə düşməsindən narahatlıq keçirib.
Müəllif: Adəm
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
















.jpg)






















