Avropa Birliyində qarşıdurma: Kallasla Lyeyen arasında düşmənçilik böyüyür
Bizi izləyin

Avropa

Avropa Birliyində qarşıdurma: Kallasla Lyeyen arasında düşmənçilik böyüyür

Avropa Birliyində qarşıdurma: Kallasla Lyeyen arasında düşmənçilik böyüyür

Avropa Birliyinin xarici işlər naziri Kaya Kallas Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyenin Rusiya ilə danışıqlar aparan şəxs kimi onu dəstəkləməməsindən dərin məyusluq ifadə edib.

Publika.az xəbər verir ki, analitik Aleksandr Merkuris bu açıqlamanı “YouTube”da verib.

O qeyd edib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen ilə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas arasında fikir ayrılıqları və düşmənçilik barədə məlumatlar var.

“Görünür, Kallas Rusiya ilə danışıq aparan şəxsin seçilməsi ilə bağlı Dublin görüşündə tamamilə diqqətdən kənarda qalmasından məyus olub”, - Merkuris bildirib.

Kallas bunun ədalətsiz olduğunu düşünür.

Ekspertin fikrincə, Kallasın vəzifə məsuliyyətlərinə əsasən, o, Avropa İttifaqı adından danışıq aparan şəxs olmalıdır.

Ursula fon der Lyeyen daha əvvəl Avropanın Ukrayna ilə bağlı danışıqlarda Avropa Müdafiə Beşliyi (E5) və Avropa İttifaqı formatında iştirak etməyi planlaşdırdığını bildirmişdi. Kaya Kallas həmçinin Aİ-nin Ukrayna ilə bağlı danışıqlar qrupuna qoşulmaq istəyini ifadə etmişdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm