Bakı 2015
Bakı 2015 yeni Veloparkda BMX sınaq yarışını uğurla həyata keçirdi
Ayın əvvəlində boks və güləş üzrə “Bakı hazırlaşır” adlı proqramın yarışlarının uğurunun ardınca, ötən həftə sonu, Bakı 2015 Avropa Oyunları BMX Veloparkında sınaq yarışları həyata keçirildi.
Publika.az xəbər verir ki, sınaq yarışları Azərbaycan Velosiped İdmanı Federasiyasının təchizat və nəqliyyat dəstəyi, Bakı 2015-in rəsmi dəstəkçisi Red Bullla əməkdaşlıq şəklində gerçəkləşdirildi.
BMX Veloparkı xüsusi olaraq, Bakı 2015 Avropa Oyunları üçün tikilmiş daimi idman arenasıdır və növbəti illərdə BMX yolu ölkə və Azərbaycan Velosiped İdmanı Federasiyası üçün Oyunlardan qalan mirasın bir hissəsini təşkil edəcək. Bakı şəhərinin mərkəzinə yaxın yerləşən Velopark Qərb qrupuna daxildir və 1000 nəfərlik tamaşaçı tutumuna malikdir.
Bakı 2015-in idman üzrə direktoru Pirs O`Kallaqan bildirib: “Bu sınaq yarışı hazırlıqlarımızın yekunlaşdırılması üçün çox vacib idi. Çoxsaylı irihəcmli sınaq yarışlarının keçirilməsinin vacib hesab olunduğu Olimpiya Oyunlarından fərqli olaraq, biz artıq keçirdiyimiz altı əsas sınaq yarışlarına yekun vurmaqla kiçik ölçülü sınaq yarışları vasitəsilə hazırlılıq səviyyəmizi yoxladıq.
“Bu, bizə diqqətimizi yarışlar üzərində cəmləməklə ayrı-ayrı idman növləri üzrə resurslardan ən səmərəli şəkildə istifadə edərək sınaq yarışları keçirməyin vacibliyini xatırlatdı. İlk Avropa Oyunlarının təşkilatçısı olmaq gözəl hissdir və biz, uyğun hesab etdiyimiz qaydada yeniliklər etməkdə sərbəstik. Hazırlıqlarımız üçün düzgün balansı yaratdığımıza və gələcək ev sahibi ölkələr üçün etibarlı model yaratdığımıza inanırıq”.
Bakı 2015-də BMX Velosiped sürmə yarışlarında BMX Veloparkın xarici yolunda 32 kişi və 16 qadın iştirak edəcəkdir. Qadın və kişilərin Rio 2016 Yay Olimpiya Oyunlarına reytinq balı təklif edən final yarışları 28 iyunda baş tutacaq.
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı



































.jpg)
