Bakı 2015
Ukraynalı atlet: “Bakıdan medalsız qayıtmayacağıq”
25 yaşlı ukraynalı hündürlüyə tullanan Boqdan Bondarenko Bakıda birinci Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq idmançılardan biridir. Ötən il o, 27 il Avropada rekord sayılmış 2,42 metr nəticəni təkrarlayıb və qitə birinciliyinin çempionu olub. Lakin mövsümün sonunda “Brilyant liqa”da qətərli Mutaz Essa Barşimə uduzaraq, birinciliyi əldən verib. Ukraynalı idmançının əsas rəqibinin 2015-ci ildə bir neçə startı olub, fevralın 4-də isə o, mövsümün rekordunu vurub: 2 metr 40 santimetr.
Publika.az xəbər verir ki, Boqdan Bondarenko və Ukraynanın daha üç aparıcı idmançısı - Olqa Saladuha, Anna Titimets və Anna Rıjikova yayda keçiriləcək birinci Avropa oyunlarına Cənubi Afrika Respublikasının Poçevstrum şəhərindəki idman mərkəzində hazırlaşırlar. Bondarenko Azərtac-a müsahibəsində Bakı-2015-dəki hədəflərindən də danışıb:
“Orada bizim üçün hər cür şərait yaradılıb. Bu, Beynəlxalq Yüngül Atletika Federasiyasının peşəkar tələbə mərkəzidir. Dəniz səviyyəsindən 1400 metr yüksəkdə yerləşir. Orta dağlıq zonada yerləşməsi uzun müddət gözəl forma saxlamağa şərait yaradır, qan dövranını qaydaya salır. Bu da idmançıların funksional hazırlığına çox müsbət təsir göstərir. Ona görə də ümid edirik ki, Bakıdan medalsız qayıtmayacağıq”.
Boqdan idmançı ailəsində dünyaya gəlib. Аtası Viktor Bondarenko vaxtilə onnövçü olub. Boqdan yüngül atletika seksiyasına 13 yaşında gəlib. Həmin vaxta qədər xalq rəqsləri ilə məşğul olub.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi



































.jpg)

.jpg)