Bakı 2015
Beşqat dünya çempionu: “Məşəl festivalı gəncləri ruhlandırır”
Kikboksinq üzrə beşqat dünya çempionu, AKF-nin gənclər və yeniyetmələr üzrə baş məşqçisi Ehram Məcidov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevlə görüşüb.
Publika.az xəbər verir ki, Biləsuvardakı məşəlçilərdən biri olan əməkdar məşqçi rayonda idmana göstərdiyi dəstəyə görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısına öz təşəkkürünü bildirib.
E.Məcidov Mahir Quliyevin icra başçısı olduğu müddətdə rayonda quruculuq işlərini yüksək səviyyədə apardığını, gənclərə və idmançılara diqqət və qayğısını əsirgəmədiyini deyib:
“Demək olar ki, qısa müddət ərzində Biləsuvar rayonu daha da gözəlləşib və yenilənib. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və bütün bölgələrimizdə məşəl festivalının yüksək səviyyədə təşkili gənclər və idmançılar arasında böyük ruh yüksəkliyi yaradır”.
Aygün İlqarqızı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)