Bakı 2015
I Avropa Oyunlarının təqdimatı bu dəfə Qətərdə – FOTO
Mayın 6-11-də Qətərin paytaxtı Doha şəhərində güləş üzrə böyüklər arasında Asiya çempionatı keçiriləcək. Çempionat öncəsi Dünya Güləş Birliyi Asiya Şurasının növbəti Konqresi keçirilib. Tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov da iştirak edib.
Publika.az xəbər verir ki, konqresdə gündəlikdə duran məsələlərin müzakirəsi ilə yanaşı, tarixdə ilk dəfə Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təqdimatı da baş tutub.
Öncə Avropa Oyunlarına hazırlıqdan bəhs edən video və fotoslayd nümayiş etdirilib. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Avropa Oyunlarına hazırlıq işləri və Oyunların dünya idman tarixində əhəmiyyəti barədə ətraflı məlumat verib. Federasiya rəsmisi ölkəmizin bu tarixi hadisəyə ciddi hazırlaşdığını qeyd edib:
“İki il bundan öncə bir çoxları üçün mümkünsüz görünən işlər həyata keçirilib. Bir çox idman obyektləri ilk dəfə tikilib, bəziləri təmir edilərək yenidən qurulub. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi “Olimpiya” stadionu tikilib istifadəyə verilib. Əl Oyunları İdman Sarayı, Heydər Əliyev adına İdman Sarayı müasir dövrün tələblərinə uyğun təmir edilib. Azərbaycanda buna qədər də müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar, Avropa və Dünya çempionatları keçirilib. Ölkəmiz təşkilatçılıq baxımdan zəngin təcrübəyə malikdir. Əminik ki, I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Tarixdə ilk dəfə keçirildiyi üçün Avropa Oyunlarının standartı məhz Azərbaycanda formalaşdırılacaq. Bir ay sonra Bakıda həm təşkilatçılıq baxımdan, həm də Oyunların standartı baxımından dünya idmanı tarixində yeni bir səhifə yazılacaq".
AGF I vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyi Asiya Şurasının üzvlərini iyunun 12-28-də Bakıda baş tutacaq ilk Avropa Oyunlarına dəvət edib.
Qeyd edək ki, “Bakı 2015”-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar iyunun 13-18-də keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
-
Nəqliyyat22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin120:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir


















.jpg)
.jpg)















.png)



