Bakı 2015
Birinci Avropa Oyunlarının məşəli Hacıqabulda - FOTO
“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Hacıqabul rayonu olub. Bu münasibətlə keçirilən mərasimə qatılan minlərlə hacıqabullu estafet iştirakçılarını böyük sevinclə qarşılayıb.
Mayın 5-də birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən Hacıqabula gətirilib.
Birinci Avropa Oyunlarının rəmzi qapısında Hacıqabul şəhər 5 saylı tam orta məktəbin şagirdi Əli Rüstəmov məşəli qəbul etdikdən sonra yürüşə start verildi. On məşəlçi 3,9 kilometr məsafədə yürüşə başladı. İdmançılar Məhəmməd Əsədov, İsmət Qayıbov küçələri və Heydər Əliyev prospekti boyunca hərəkət etməklə, məşəli şəhərin mərkəzi meydanına gətirdilər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə qarşıladılar.
Karate-kobudo idman növü üzrə məşqçi-müəllim Elnur Şəfiyev meydanda quraşdırılmış səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.
Hacıqabul şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, voleybolçu Ayşən Şükürova Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevaya təhvil verdi.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Hacıqabulda alovlandırılan birinci Avropa Oyunlarının məşəli Saatlı rayonuna yola salındı.
-
Magazin122:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq















.jpg)


.jpg)
















.jpg)

