Banklar
Bir ayda 12 BANK FİLİALI bağlandı: ƏSAS SƏBƏBLƏR
Azərbaycan Mərkəzi Bankı ölkədə bank filiallarının və bank şöbələrinin sayının azalması ilə bağlı statistik məlumat yayıb. Məlumatda bank filiallarının sayının son 1 ayda 492-dən 480-ə, bank şöbələrinin sayının isə 96-dan 95-ə endiyi bildirilib.
Bununla bağlı Publika.az-a danışan bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənli bu rəqəmin elə də böyük olmadığını və hansısa mənfi tendensiyaya gətirib çıxarmayacağını bildirdi.
Onun sözlərinə görə, bununla belə, bu məsələdə hər bir bank üçün ayrıca səbəblər ola bilər:
“Əsas səbəb orta və kiçik bankların get-gedə zəifləməsi ilə bağlıdır. Onlar böyük və inhisarçı banklarla rəqabətə davam gətirməyərək iflas edir, filial şəbəkələrini saxlaya bilmirlər. Böyük banklar isə yaranmış boşluqdan istifadə edərək, daha da böyüməyə çalışır. AMB-nin bank fəaliyyətilə bağlı etdiyi son dəyişikliklər göstərdi ki, bu sektordakı bəzi qaydalar sərtləşdirilir”.
Eksperin fikrincə, bu gün orta və kiçik banklar üçün filial saxlamaq əlavə xərc deməkdir:
“Filial saxlamaq müştəri bazası böyük olan iri banklara sərf edir. Hazırda bəzi bank xidmətləri onlayn şəkildə həyata keçirilir və ölkədə internet-bankinq sisteminin inkişafına meyllər artmağa başlayıb. Bu da bankların filial saxlamasına mane olan əsas səbəbə çevrilib”.
İqtisadçı ekspert Eyyub Kərimli isə Publika.az-a müsahibəsində bank filiallarının azalmasını bir neçə səbəblə əlaqələndirdi:
“Birincisi odur ki, bəzi banklar öz fəaliyyətlərini düzgün qura bilmir, bu da filialların artmasına mane olur. Digər səbəb bəzi bankların regionlardakı filiallarını azaltması ilə bağlıdır. Buna görə də bölgə sakinlərinin bank kreditlərinə əlçatanlılığı çox zəifləyib. Əgər bəzi zəifləmiş bankların reytinqinə və gəlirliliyinə nəzər salsaq, onların fəaliyyətinin sual altında olduğunu görərik. Hesab edirəm ki, yaxın gələcəkdə belə qurumlar birləşəcək və fəaliyyətlərində dəyişiklik edəcəklər”.
Onun sözlərinə görə, ölkədə elə passif banklar var ki, onlar ya sırf korporativ müştərilərlə işləyirlər, ya da fəaliyyətləri elə də geniş sahəni əhatə etmir:
“Buna görə də onların fəaliyyəti zəif hiss olunur. Bu da onu deməyə əsas verəcək ki, ölkədə təmərküzləşmə gedəcək, kiçik banklar ya birləşəcək, ya da bağlanacaq. Bəzi filialların bağlanmasını inhisarçılıqla da əlaqələndirə bilərik. Ölkədə fəaliyyət göstərən iri banklar əhalidən depozitləri aşağı faizlə alır, kreditləri isə yüksək faizlə verirlər. Elə banklar da var ki, pensiya və maaş kartlarını əllərində cəmləşdiriblər. Bu da digər bankların fəaliyyətinə təsir göstərir, kiçik və orta bankların filiallarının bağlanması ilə nəticələnir”.
Rövşən Ziya
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
















.jpg)


















