Dünyanın ən təsirli görüş anları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən təsirli görüş anları - FOTOLAR

Qucaqlaşma insanlar arasındakı səmimi, mehriban münasibətlərin, ülvi hisslərin göstəricisidir. Həyatın ən yaddaqalan xatirələrindən olan bu anlar bəzən yaddaşlara ömürlük həkk olunur. Elə qucaqlaşmalar da var ki, fotokameraların yaddaşı ilə gündəmə, tarixə düşür.

Publika.az dünyanın ən çox müzakirə edilən, izlənilən qucaqlaşma fotolarını təqdim edir:

Amerikalı jurnalist Yuna Linin Şimali Koreyada iki aylıq həbsdən sonra əri ilə görüşüb qucaqlaşması fotokameraların yaddaşına düşərək izlənilən fotolardan oldu.

Çilidə şaxtada baş vermiş qəzadan sonra 68 gün torpağın altında qalmış şaxtaçının həyat yoldaşına qovuşması hər kəsi kövrəltdi.

Çinin Xanvanq əyalətində baş vermiş zəlzələdən sonra dağıntıların ətrafında gəzən həkimlərin fotoları da diqqət cəlb edən şəkillərdəndir.

Nyu-Yorkda baş vermiş 11 sentyabr faciəsinin ildönümündə övladını qucaqlamış atanın bu addımı təsirli görüntülərdəndir.

İndoneziyadakı zəlzələdən sonra sağ qalmış Ditia Ayu Lester və pişiyi... Onlar təsadüfən sağ qalmışdılar.

Kanadada öldürülmüş polisin xanımı Kelli Conston ərinin dəfni zamanı həyat yoldaşının iş yoldaşlarına sarılıb.

Qalvestondakı tufandan sonra xilas edilmiş sakin sevincindən xilasedicilərdən birini bağrına basdı. Fotoqraflardan biri isə bu təsirli anın görüntüsünü əbədiləşdirdi.

Paralimpiya basketbolu üzrə ABŞ milli komandasının üzvləri Kristina Ripp və Loeryn Qonsales Almaniya komandası üzərindəki qələbəyə elə sevinirdilər ki...

"Katrina" qasırğasından sonra sağ qalmış Seynt Bernard Perişdəki evlərdən birinin damında qucaqlaşırlar.

Əfqanıstandakı döyüşlərdə həlak olmuş hərbçinin oğulları atalarının dəfnində qucaqlaşaraq dərdlərini bölüşürlər.

Limada betonların aşması zamanı sağ qalmış fəhləni görən bacıların onun boynuna sarılmaları ətrafdakıları təsirləndirdi.

Kolumbiyada 7 illik girovluqdan qayıdan Siqifredo Lopes oğlu ilə görüşə tələsir. Uzun illərdən sonrakı görüş.

Ağ ayı zooparkın əməkdaşı, ona qayğı göstərən Stefani Kryuqeri qucaqlayır.

Koreya müharibəsindən illər sonra ilk dəfə görüşən qardaşlar. Li Yunq Cənubi Koreyada, Li Kvaz-Suk isə Şimali Koreyada yaşayır.

Sığınacaqda saxlanılan Kalu və Kiru adlı itlərin bu görüntüsü "facebook"da yayıldıqda insanlar elə təsirlənmişdilər ki, 2 saat 6 dəqiqə sonra bir ailə hər iki heyvanı öz himayəsinə götürdü.

Dünya Ticarət Mərkəzindəki partlayış zamanı həlak olmuş övladının məzar daşını qucaqlayan ata. Hadisədən 10 il ötməsinə baxmayaraq, o hələ də övlad acısı ilə yaşayır. Bunu atanın oğlunun məzar daşını qucaqlaması da sübut edir.

İraqdakı hərbi xidmətdən qayıtmış Mariya Melfi uzun müddət ondan ayrı qalmış itini qucaqlayır.

Nyu-Cersi ştatının sakini Natalya Kozak uzun illər öncə itirdiyi bacısı Mepaniyu Babenkonu qucaqlaması anı da dünyanın ən çox yaddaqalan görüşlərindən idi. İkinci Dünya Müharibəsi bu iki bacını 65 il bir-birlərinə həsrət qoyub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm