Bilgi.az
Müdirdən işçilərinə 8 milyon dollarlıq hədiyyə
Hindistanda bir almaz taciri son iki ildə işçilərinə ümumilikdə səkkiz milyon dollarlıq avtomobil, ev və zinyət əşyası paylayıb.
Publika.az "haberler.com"a istinadən xəbər verir ki, Hindistanda bir biznesmen işçilərini səkkiz milyon dollarlıq hədiyyələrlə mükafatlandırıb.
"BBC"nin xəbərinə görə, mərkəzi Qujarat əyalətində yerləşən "Hrişikeş" idxal-ixrac şirkətinin sahibi Savji Dolakia 2012-ci ildən indiyədək yaxşı işləyən 1216 işçisini 491 avtomobil, 525 ədəd zinyət əşyası və 200 mənzillə mükafatlandırıb.
Ölkənin ən məşhur almaz istehsalçılarından biri olan Dolakianın işçilərinə göndərdiyi mesajda deyilib: "Bu şirkət sizin sayənizdə xeyir götürür. Yalnız işçilərimiz xoşbəxt olduğu təqdirdə inkişaf edə bilərik".
Şirkətin işçilərindən biri olan Nareşbai Maini keçən il avtomobil, bu il də zinyət əşyası aldığını deyib.
Maini hisslərini belə ifadə edib: "Yaşadığımız xoşbəxtliyi izah edə bilmərəm. Keçən il mənzil, ya da zinyət əşyası alanlara bu il avtomobil hədiyyə edilib".
Xatırladaq ki, cəmi 7500 işçisi olan şirkətin ABŞ, Belçika və Çində də nümayəndəliyi var.
Vüsal Tağı
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar
-
Sosial09:12Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı






































