Dünya
Çin ABŞ-a qarşı “müharibə” elan etdi - Sərt cavab veriləcək!
Çin ABŞ-ın telekommunikasiya sektorunda tətbiq etməyi planlaşdırdığı yeni məhdudiyyətlərə qarşı ən sərt addımlar atacağını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi rəsmi bəyanat yayıb.
Pekin rəsmiləri Vaşinqtonu milli təhlükəsizlik anlayışından sui-istifadə etməkdə və bazar qaydalarını pozmaqda ittiham edib. Bəyanatda bildirilir ki, ABŞ-ın bu addımları beynəlxalq ticarət prinsiplərinə ziddir və qlobal elektronika təchizatı zəncirini ciddi təhlükə altına qoyur.
“Əgər ABŞ tərəfi qanunsuz qərarlarında israr edərsə, Çin öz müəssisələrinin qanuni hüquq və mənafelərini qorumaq üçün bütün zəruri tədbirləri görəcək”, - deyə nazirlik vurğulayıb.
Çin tərəfi həmçinin ABŞ Federal Rabitə Komissiyasını texnoloji neytrallıq prinsipindən imtina etməkdə və Çin şirkətlərinə qarşı əsassız diskriminasiya tətbiq etməkdə günahlandırıb.
Rəsmi Pekin Ağ Evi dərhal bu "səhv təcrübədən" əl çəkməyə çağırıb.
Müəllif: Adəm
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişdi
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu


























.png)

.jpg)






