Nida Təhlil
Artıq onlarla danışmağa ehtiyac yoxdur - Millət vəkili
Azərbaycanla Avropa Parlamenti arasında illərdir davam edən gərginlik artıq açıq siyasi qarşıdurma mərhələsinə keçib. Rəsmi Bakının qərəzli və əsassız ittihamlara son qoyulması ilə bağlı çoxsaylı çağırışlarının cavabsız qalmasından sonra qurumla münasibətlərin tam şəkildə dayandırılmasına qərar verilib.
Milli Məclisin qəbul etdiyi qərara əsasən, Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri kəsilir, Parlamentin Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakı dayandırılır və Avronest Parlament Assambleyasında üzvlük proseduruna xitam verilməsi prosesinə başlanılır. Bu qərar çərçivəsində Azərbaycan nümayəndə heyətinin Avronest tədbirlərində iştirak etməyəcəyi də açıqlanıb.
Eyni zamanda, Avropa İttifaqının Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və rəsmi etiraz notasının təqdim olunması münasibətlərin daha da sərtləşdiyini göstərir. Bakı hesab edir ki, Avropa Parlamentinin son qətnamələri ölkənin suverenliyinə və daxili işlərinə müdaxilə xarakteri daşıyır, erməni lobbisinin və müxtəlif maraq qruplarının təsiri altında formalaşır. İkinci Qarabağ müharibəsindən sonra qəbul edilən ondan artıq sənədin də bu xətt üzrə Azərbaycana qarşı yönəldiyi vurğulanır.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, rəsmi Bakı verdiyi qəti qərarla bundan sonra Avropa Parlamenti ilə heç bir əlaqə saxlamaq niyyətində olmadığını nümayiş etdirdi.
Musabəyov vurğuladı ki, bu addımın Azərbaycana nə müsbət, nə də mənfi təsirləri olacaq və bu, qarşılıqlı münasibətlərin mahiyyəti ilə bağlıdır:
“Bu bir əməkdaşlıqdır. Fayda verirsə, münasibətlər davam edir, yox, əgər kimlərsə düşünür ki, Azərbaycana yuxarıdan aşağı baxaraq hansısa qərəzli bəyanatlar verəcəklərsə, getsinlər öz işləri ilə məşğul olsunlar, nə edirlər etsinlər”.
Deputat həmçinin qeyd etdi ki, Azərbaycanın Avropa Parlamentinə heç bir yurisdiksiyası çatmır:
“Vəssəlam. Ona görə də onlarla əlaqələri kəsirik, Avronestdən də çıxacağıq. Bunu bir dəfə etdik, münasibətləri bərpa etdik, amma görürük ki, eyni xətt davam edir, artıq onlarla danışmağa ehtiyac yoxdur”.
Müəllif: Adəm Abbaslı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































