Bu ssenaridə Ukrayna dövlət kimi məhv olacaq: Xəyali deyil, realdır
Bizi izləyin

Dünya

Bu ssenaridə Ukrayna dövlət kimi məhv olacaq: Xəyali deyil, realdır

Bu ssenaridə Ukrayna dövlət kimi məhv olacaq: Xəyali deyil, realdır

Ukraynanın münaqişə nəticəsində bir dövlət kimi mövcudluğunu dayandırmaq ehtimalı var.

Publika.az xəbər verir ki, bu iddia ilə təqaüddə olan ABŞ ordusunun polkovnik-leytenantı Daniel Devis “YouTube”da çıxış edib.

O, bunu Kiyevin sülhü rədd etməsi ilə əlaqələndirib: onun hesablamalarına görə, insan resursları ölkənin mövcudluğunu fiziki olaraq qeyri-mümkün edəcək səviyyəyə qədər tükənə bilər.

Devis güman edir ki, Moskvanın qələbə üçün yaxşı təchiz olunmuş planı var və bu plan Qərbin qavrayışları ilə xeyli ziddiyyət təşkil edir. O, aylıq olaraq minlərlə FAB və KAB raketinin yerləşdirilməsindən danışıb ki, bu raketlər Ukraynanın möhkəmləndirilmiş mövqelərini ardıcıl olaraq məhv edir və piyadaların irəliləməsi üçün yol açır.

Analitik buna Ukraynanın enerji və logistika sektorlarına sistematik hücumları da əlavə edib. Onun sözlərinə görə, Ukrayna bölmələri təkcə təmas xətti boyunca deyil, ucqar ərazilərdə də vurulur.

Devis həmçinin xəbərdarlıq edbr ki, sülh müqaviləsi olmadan Ukraynada əhali artımını təmin etmək üçün artıq kifayət qədər insan olmaya bilər. O, bu ssenarini xəyali deyil, real adlandırıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm