Kriminal
Azərbaycanda gözətçini güllələyib öldürən şəxs ələ keçdi
Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində Yevlax şəhərində baş verən qətl hadisəsinin üstü açılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, fevralın 21-də Yevlax rayonunun Ərəbbəsrə kəndi ərazisində həmin kənd sakini Tahir Qafarovun gözətçi işlədiyi yerin yaxınlığındakı ərazidə güllə yarası ilə qətlə yetirilməsi barədə məlumat daxil olub.
Dərhal Polis Şöbəsi və rayon prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb.
Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T. Qafarovu münaqişə zəminində ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Habil Mirzəyev saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...









.jpg)























.jpg)
.jpg)

