Kriminal
35 yaşlı qadın 1,5 il sonra sanitar qovşağından tapıldı - DƏHŞƏTLİ CİNAYƏT
Hindistanın Haryana əyalətində 35 yaşlı bir qadın dustaq qaldığı sanitar-qovşağından polislər tərəfindən xilas edilib.
Publika.az xəbər verir ki, hadisənin dəhşətli hekayəsi bundan sonra üzə çıxıb.
Belə ki, qadının 1,5 il əvvəl öz həyat yoldaşı tərəfindən həmin yerə salındığı bəlli olub. Qadınları Mühafizə və Uşaq Evlilikləri Qadağası üzrə məmur Racni Qupta hadisə ilə bağlı bunları deyib: “Onu qapısı kilidli sanitar qovşağnın içində tapdıq. İstintaq zamanı onun 1,5 ildir insanlıqdan kənar həyat şərtlərində yaşamağa məcbur edildiyi müəyyənləşdirildi. Ona lazımi içməli su və yemək belə verilməyibmiş”.
Qadının həyat yoldaşı istintaqda özünü müdafiə edərək psixoloji problemləri olduğunu iddia edib. Qadını xilas edənlər isə belə bir durum olmadığını bildirib.
Cütlüyün 17 ildir evli və 3 uşaq sahibi olduğu qeyd edilib.
Milli Cinayət Arxivi Bürosunun (NCRB) hesabatına görə, Haryana ölkənin qadınlara qarşı cinayətlərin ən çox qeydə alındığı 3 əyalətdən biridir.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…









.jpg)

























.jpg)
.jpg)

