Kriminal
Əvvəl çəkiclə başına vurdu, sonra baltayla doğradı - Dəhşətli cinayətin ŞOK DETALLARI - - VİDEO
Video əlavə olunub.
xxx
Xəbər verdiyimiz kimi, yanvarın 27-də, gecə saat 01:00 radələrində, Bakının Nəsimi rayonu Əliskəndər İskəndərov küçəsindəki zibil qutusundan 5 ədəd torbada doğranmış qadın cəsədi tapılıb. Aparılan araşdırma zamanı 33 yaşlı Banu Məhərrəmovanın 75 yaşlı qayınatası İdris Məhərrəmov tərəfindən amansızcasına qətlə yetirib, daha sonra parçalara bölünərək, zibil qutusuna atıldığı müəyyən olunub. O, dərhal saxlanılaraq həbs olunub.
Məhərrəmova Banu Xudayar qızının qətli barədə yeni detallar bəlli olub.
Publika.az xəbər verir ki, 75 yaşlı qayınata İdris Məhərrəmovun vəkili Rəhim Əmrəliyev hadisənin bilinməyən tərəfləri barədə danışıb.
O bildirib ki, İdris Məhərrəmov cinayəti törətdiyini etiraf edib: "Hələ ki istintaq gedir. İstintaq orqanı bu hadisənin bütün detallarını araşdırır. Hesab edirəm ki, İdris Məhərrəmovun törətdiyi əməli etiraf etməsi ilkin araşdırma mərhələsində müəyyən nəticəyə gəlinməsi üçün köməkdir. Zənnimcə, hüquqlarını müdafiə etdiyim şəxs çox yaşlı biri olduğuna görə, bu cinayəti xüsusi amansızlıqla törətməsi onun güclü ruh həyəcan vəziyyətində olması ehtimalına gəlməsi üçün əsas ola bilər və məhz bu səbəbdən də istintaq orqanı onun barəsində məhkəmə ekspertizası keçirdikdən sonra yekun nəticəyə gələcək.
İdris Məhərrəmovun bildirdiyinə görə, meyiti hissələrə bölməsində əsas məqsədi qətlə yetirdiyi şəxsin cəsədinin mənzildən daha asan yolla çıxarmaq olmuşdur. Meyiti hissələrə bölərkən isə bıçaq və baltadan istifadə etmişdir. Qətl baş verdikdən sonra meyiti gizlətmək üçün hissələrə bölmək cinayətin xüsusi amansızlıqla törədilməsi barədə nəticəyə və gəlmək üçün yetərli hesab etmirem. İdris Məhərrəmovun dediyinə görə, cinayəti törətməsinə səbəb gəlininin vaxtaşırı ona cavab qaytarması, onu saya almaması, bir qayınata kimi ona hörmət etməməsi olub. Hazırda istintaq hərəkətləri icra olunur və müdafiə etdiyim şəxsin əməlinə hüquqi qiymət araşdırmanın sonunda veriləcək. Əlavə məlumat üçün bildirim ki, Azərbaycan qanunverciliyinə görə İdris Məhərrəmovun yaşı 65-dən yuxarı olduğuna görə, ona ömürlük cəza tətbiq oluna bilməz".
Vəkil qeyd edib ki, cinayət törədən İ.Məhərrəmovun kifayət qədər normal bir ailəsi var: "Öldürülən Banu Məhərrəmovanın həyat yoldaşı keçən ilin yanvar ayında Azərbaycandan gedib və orada yaşayır. Onların qanuni nikahları və iki övladı var. Övladları azyaşlıdır. Şəxsin özü isə Kanadada yaşayır. Saxlanılan şəxsi tanıyan adamların hamısı belə bir cinayətin İdris Məhərrəmov tərəfindən törədilməsinə inanmırlar. Yəni, hamıyla xoş münasibət saxlayan, qonşular arasında hörməti olan insanın belə dəhşətli cinayəti törətməsini anlamırlar.
Cinayət axşamüstü olub. Özü də dedi ki, heç kimin bilməsini istəməyib. İdris Məhərrəmovun sözlərinə görə, əvvəllər gəlinin qayınanası və özü arasında ailədaxili xırda məişət zəminində mübahisələri olub. Amma aralarında böyük səs-küyə səbəb olacaq davaları demək olar ki, olmayıb. İstisna hal kimi bir dəfə ailədaxili xırda məişət zəminində mübahisələri olduğuna görə mərhum Banu xanım İ.Məhərrəmov və onun həyat yoldaşı barəsində polisə şikayət edib. Zənnimcə, İdris Məhərrəmov kifayət qədər ağıllı, səbrli biridir. Onu tanıdığım qısa müddətdə özüm də təəccüblənirəm ki, bu cür dəhşətli cinayəti belə bir insan törədib. Şəxsən dərindən tanımasam da məndə ilk baxışdan belə bir təəssürat oyadıb".
Rəhim Əmrəliyev hadisənin təfərrüatlarını belə izah edib: "İdris Məhərrəmov istintaq prosesində cinayəti belə etiraf edib ki, gəlinlə aralarında olan mübahisədən sonra Banu Məhərrəmovanın gözləmədiyi halda əlində olan çəkiclə arxadan yaxınlaşaraq, başından iki zərbə vurub. Daha sonra gəlin huşunu itirərək, yerə yıxılıb. Daha sonra onu sürüyərək, həyətə aparıb. Həyətdə isə su axan kanalizasiya xəttinin yanında cinayəti davam etdirib. Qarın nahiyəsinə bir neçə yerdən bıçaq vurub, sonra isə hissələrə doğrayıb, çuvallara yığaraq, zibil yeşiklərinə atıb.
İstintaq orqanının təyin etdiyi ekspertizanın rəyindən sonra bu adamın həqiqətən də psixoloji probleminin olub-olmadığı aydın olacaq. Ekspertizanın rəyindən sonra istintaq orqanının həmin şəxsə verdiyi ittihamlar ola bilsin ki, daha yüngül maddə ilə əvəz edilsin. Yaxud da gələcəkdə məhkəmə mərhələsində bu şəxsin əməli başqa maddəyə tövsif oluna bilər". / "News24"
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO