Kriminal
Azərbaycanda mülk üstündə silahlı toqquşma - 1 nəfər öldü, daha 2 nəfər...
01 iyul 2020-ci il tarixdə saat 07 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində Rəhimov Azər Vəli oğlunun qəsdən öldürülməsi və sonuncunun oğlu Çingiz Rəhimovun və bacısı oğlu Dünyad Süleymanovun qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Qəbələ rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Publika.az prokurorluğa istinadən xəbər verir ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla qeyd edilən tarixdə Rəhimov Ramil Vəli oğlunun “Su Tayı” adlanan istirahət mərkəzinin ərazisinə gələrək orada olan qardaşı Azər Rəhimovla qeyd edilən mülk üstündə mübahisə edərək ov tüfəngindən sonuncunun kürək nahiyəsinə atəş açaraq qəsdən öldürməsinə, daha sonra eyni istiqamətdə qaçan bacısı oğlu Dünyad Süleymanovun arxası ilə gedərək ona doğru da atəş açmasına, Dünyad Süleymanov və Çingiz Rəhimovun vaxtında açılan atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdıqlarına görə və ərazinin meşəlik olduğundan atəşlərin dəqiq şəxsə tuşlanmasına maneə törətməsindən Ramil Rəhimovun bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Dünyad Süleymanov və Çingiz Rəhimovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəhimov Ramil Vəli oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi









.jpg)

.webp)





















.jpg)
.jpg)


