Kriminal
Bakıda sürücünün şok fırıldağı - Dövlət avtobusunun nömrəsini dəyişib satdı
Bir müddət əvvəl Xəzər Dəniz Donanmasının Nəqliyyat şöbəsinin tabeliyində fəaliyyət göstərən MMC-də avtobus sürücüsü işləyən 1985 Elşad Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış cinayət işinin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
Publika.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, MMC-də sürücü kimi çalışan və ona dəyəri 55 min manat olan "Mercedes 3900" markalı avtobus təhkim edilən E.Hüseynov nəqliyyat vasitəsinin şassi, mühərrik və digər nömrələrini dəyişərək satıb. O, yarımavtomatik sürət qutusu ilə çalışan avtobusun əvəzinə həmin dövlət qeydiyyat nişanını bağladığı və mexaniki sürətlər qutusuna malik olan (Mercedes 403 markalı) digər köhnə avtobusu işlədiyi qaraja gətirib. Lakin qarajda çalışan səlahiyyətli şəxslər rəngləri və ölçüləri demək olar ki, eyni olsa da, avtobusda fərqlilik olduğunu hiss ediblər və araşdırmaya başlayıblar. Məlum olub ki, avtobusun şassi və mühərrik nömrələri kustar üsulla dəyişdirilib, həmçinin digər fərqliliklər var.
Bundan sonra E.Hüseynov barəsində hüquq-mühafizə orqanlarına məlumat verilib.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…









.jpg)

























.jpg)
.jpg)

