Kriminal
Bakıdakı qətllə bağlı RƏSMİ AÇIQLAMA
İyulun 23-ü saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1961-ci il təvəllüdlü Zərbəli Quliyev şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Lyudmila Tatarçenkoya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra həmin evdə özünü asaraq intihar edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı













.jpg)
.webp)

















