Ekopublika.az
Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video
Azərbaycanda tikintidə istifadə olunan taxtanın qiyməti artıb. Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, taxtanın bir kubmetrinin qiyməti oktyabr ayında əvvəlki ayla müqayisədə orta hesabla 5.3 faiz bahalaşıb. Ay ərzində tikinti materialları üzrə qeydə alınan ümumi qiymət artımının təxminən 46 faizi taxtanın payına düşüb.
Publika.az xəbər verir ki, taxta satışı ilə məşğul olan sahibkarlar bahalaşmanı əsasən idxalla əlaqələndirirlər.
“Payız aylarında həmişə belə olur. Çünki baha qiymətə idxal olunur. Rusiyanın özündə də qiymətlər qalxıb. Qiymətlər yüksək olanda alıcılar gözləyirlər ki, ucuzlaşsın, sonra tikinti işlərini davam etdirsinlər”, – deyə sahibkar Yadigar Abdulkərimov bildirib.
Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan taxtanın orta qiyməti 229 dollar təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.2 faiz çoxdur. Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızının sözlərinə görə, taxtanın bahalaşmasında əsas amil idxal olsa da, qiymət artımına digər faktorlar da təsir göstərir.
“İkinci amil logistika xərcləridir. Taxta ağır yük olduğu üçün onun uzaq məsafələrdən daşınması, nəqliyyat xərcləri bir kubmetrin maya dəyərini artırır. Üçüncü amil isə mövsümi tələbatdır. Payız-qış aylarında, mövsüm keçidi ərəfəsində tikinti şirkətlərinin işləri sürətləndirməsi və anbar ehtiyatlarını yeniləməsi taxtaya olan tələbatı yüksək saxlayır”, – deyə Günay İsmayılqızı qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı









_(1).jpg)



.jpg)





.jpg)

















