Kriminal
Bakıda avtomobili oğurlayıb hissələrə böldülər - FOTO/VİDEO
Bakıda avtomobil oğurlayan şəxslər tutulub.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Noyabrın 29-da paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus “Qaz-3110” markalı avtomobil Dərnəgül qəsəbəsi ərazisində naməlum şəxslər tərəfindən qaçırılıb.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin nəqliyyat vasitəsini qaçıran İsmayıllı rayon sakinləri Nurlan Əliyev və Vaqif Vəlibəyov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs əvvəlcədən planlaşdırdıqları kimi evakuator xidməti göstərən şirklətlərdən birinə zəng edərək avtomobilin nasaz olduğunu bildiriblər. Daha sonra onlar özləri ilə gətirdikləri saxta dövlət qeydiyyat nişanı və sənədləri evakuatorun sürücüsünə göstərərək nəqliyyat vasitəsini İsmayıllı rayonuna aparıblar. Nurlan Əliyev və Vaqif Vəlibəyovun məqsədi həmin avtomobili ehtiyat hissələri formasında satmaq olub. Oğurlanan avtomobil İsmayıllı rayonunda hissələrə ayrılan formada Nurlan Əliyevə məxsus təmir sexindən aşkar olunaraq götürülüb.
Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)




























.jpg)
.jpg)
