Kriminal
Narkotik çəkib taksi sürən şəxs tutuldu
Narkotik vasitənin təsiri altında olan taksi sürücüsü aşkarlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, "Khazar LX" markalı, 99 PV 146 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1961-ci il təvəllüdlü Quliyev İlham Bəyiş oğlu qayda pozuntusuna yol verdiyi üçün 16 dekabr 2021-ci il tarixdə Baş DYP İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Onun hərəkətləri şübhə yaratdığından narkoloji testdən keçirilib və özü də cibindən narkotik vasitəni çıxararaq istifadə etdiyini etiraf edib. Məlum olub ki, o, bu vəziyyətdə taksi kimi fəaliyyət göstərir.
DYP əməkdaşları tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar Abşeron rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə vətəndaş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)




























.jpg)
.jpg)
