Kriminal
Ordudakı 143 milyonluq mənimsəmə işi ilə daha bir məhkəmə başlayır
Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş daha bir sabiq vəzifəli şəxsin ibtidai istintaqı tamamlanıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, təqsirləndirilən Elvin Cəfərov haqda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində toplanmış materiallar məhkəməyə göndərilib.
E.Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb. Amma o, DTX-nin verdiyi fürsətdən lazımınca istifadə etməyib. Bu səbəbdən barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq.
Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Müttəhim Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayətdən mühakimə edilən başqa zabitlərin məhkəməsində şahid qismində ifadə vermişdi. Bu dəfə şahid kürsüsündən müttəhim kürsüsünə yerini dəyişdirəcək.
O, ittiham edildiyi AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərsə 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO



























_(1).jpg)









