Kriminal
Suadanın qayınatası uşaqlarla cinsi əlaqə və onların alverində İTTİHAM OLUNUR - FOTO
80-90-cı illərin ikonik döyüş filmləri ilə tanınan aktyor Jan-Klod Van Damm, uşaqlar da daxil olmaqla, insan alveri ilə məşğul olan cinayətkar şəbəkənin xidmətlərindən istifadə etməkdə ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın "Pro TV" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Van Damm Rumıniyadan olan bir neçə gənc qızla vaxt keçirib. Sənətçinin iddia edilən qurbanlarından birinin vəkili Adrian Kukulis jurnalistlərə təfərrüatları açıqlayıb.
"Cinayət işi Van Dammın beş azyaşlı rumın qızı ilə cinsi əlaqəsini ortaya qoyur", - deyə vəkil bildirib.
Bildirilir ki, aktyora qarşı ittihamları məclislərdən birində iştirak etdiyi iddia edilən gənc qadınlardan biri də təsdiqləyib. Nəşrin məlumatına görə, hadisələr Kannda baş verib. Vəkil deyib ki, Van Dammın bu hadisələrdə iştirakını təsdiqləyən şahidin ifadəsi onun icraatındadır.
Onun üçün qızların seçimini rumıniyalı sahibkar Morel Bolea, model agentliyinin sahibi Kasta Morrelin apardığı iddia edilir. O, 2000-2016-cı illərdə yetkinlik yaşına çatmayanların alveri ilə bağlı iş üzrə də əsas müttəhimdir.
Qeyd edək ki, Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberq azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlidir.
Adəm
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
























.jpg)









