İdman
Orduda daşqaldırma üzrə birincilik keçirildi - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusu üzrə daşqaldırma birinciliyi keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
"Daha sonra polkovnik Cavid Ağayev çıxış edərək birinciliyin məqsədi, əhəmiyyəti və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Ardınca komandaların tərkibi yoxlanılıb, püşkatma keçirilib və iştirakçıların çəki dərəcələri müəyyənləşdirilib. Hərbi qulluqçulara müvafiq qaydalar və təhlükəsizlik tədbirləri izah edildikdən sonra birinciliyə start verilib.
Yarışda Azərbaycan Ordusunun qoşun növlərini, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 6 çəki dərəcəsində 11 yığma komanda iştirak edib.
Yekun nəticələrə əsasən, “Quru Qoşunları” komandası birinci, “Heydər Əliyev adına Hərbi İnstitut” komandası ikinci, “Hərbi Hava Qüvvələri” və “Xüsusi Təyinatlı Qüvvələr” komandaları isə üçüncü yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsi üzrə qalib iştirakçılara medallar, komanda hesabında ən yüksək nəticə göstərən yığma komandaya isə kubok və fəxri fərmanlar təqdim olunub, xatirə fotosu çəkdirilib", - məlumatda qeyd olunub.
-
Elm və təhsil11:23Hər şey şagirdin qorunması üçün: Bəs müəllimin hüququ?
-
Hadisə10:45Xaçmazda məktəbli qızın meyiti tapıldı - FOTO
-
İdman10:39Günün oyunları - AFİŞA
-
Nida Xəbər 09:53Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olundu
-
Nida Xəbər 09:44Prezidentin köməkçisi vyetnamlı müğəninin ifasını təriflədi
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir


































.png)

