Kriminal
Mənzillərin müşahidə kamerasına nəzarəti ələ keçirib görüntüləri porno saytlara SATDILAR
Cənubi Koreya polisi dörd yerli sakini evlərdə və korporativ ofislərdə quraşdırılmış 120 mindən çox müşahidə kamerasına nəzarəti ələ keçirməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Bildirilir ki, dörd şübhəli ayrı-ayrılıqda hərəkət edib, onlardan üçü həbs edilib. Cinayətkar qrupun hədəfi Wi-Fi-a qoşulan təhlükəsizlik kameraları olub, hansı ki uşaqları və ya ev heyvanlarını izləmək üçün istifadə olunur. Qeyd olunur ki, hakerlər karaoke otaqlarında, pilates studiyasında və ginekoloji klinikada müşahidə kameralarına giriş əldə ediblər.
Şübhəlilərdən biri 63 min cihaza daxil olaraq 545 seksual xarakterli video görüntünü ələ keçirib və adı açıqlanmayan xarici sayta 35 milyon Koreya vonuna (49 min 292 manat) satıb. İkinci şübhəli təxminən 70 min kameranı "sındıraraq" 648 faylı 18 milyon von (20 min 702 manat) qarşılığında eyni vebsayta satıb.
Polisin məlumatına görə, iki şübhəlinin paylaşdığı görüntülər son bir il ərzində internet saytında dərc olunan videoların ümumi sayının təxminən 62%-ni təşkil edib. Cənubi Koreya hakimiyyəti digər ölkələrdən saytı bloklamağı xahiş edib.
Üçüncü şübhəli təxminən 15 min cihazı, dördüncüsü isə 136 cihaza qanunsuz müdaxilə edib. Polis onların oğurlanmış videoları yaymadığını və ya satmadığını müəyyən edib.
Qeyd olunur ki, hakerlər ümumilikdə videokameralara 148 000 dəfədən çox müdaxilə edib.
Adəm
-
Magazin100:45Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - VİDEO
-
Hadisə00:30İsmayıllıda avtomobil aşaraq yandı - Ölən və xəsarət alan var
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda romantik və ehtiraslı anlar sizi gözləyir
-
Avropa12 Sentyabr 23:48Çay sahilində iki metrlik anakonda tapıldı
-
MDB12 Sentyabr 23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə12 Sentyabr 22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 12 Sentyabr 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
-
İdman12 Sentyabr 22:12Amorim “Yunayted”in əfsanələrini qınadı: Çox danışırdılar, amma…


















.jpg)















