Dəb
Yeni trend: yaxaları qaldırın! - FOTOLAR
Bu ilin ən maraqlı tendensiyalarından biri pencəklərin, plaş və paltoların, həmçinin köynəklərin yaxasını qaldırmaqdır.
Paltarların yaxasını qaldırmaq kişi geyimləri ilə dəbə gəlib. 19-cu əsrdə çəkilmiş fotolara baxsaq, o dövrün siyasətçilərinin, eləcə də prezidentlərin köynəklərinin yaxalarını qaldırdıqlarını görərik. Bu trend 1920-ci ildən sonra qızıl dövrünü yaşayır. Həmin illərin ən önəmli tenisçilərindən biri olan "Timsah" ləqəbli Rene Lakost özünün hazırladığı yaxalı köynəkləri satışa çıxarır. Tenisçilər həmin köynəyin yaxasını qaldıraraq boyunlarını günəşin təsirindən qoruya bilirdilər. Bundan sonra yaxa qaldırmaq tendensiyası modaya da öz təsirini göstərir.
Kişi modasında “Polo” köynəkləri ilə yerini möhkəmlədən bu axın, daha sonra qadın modasına da sıçrayır və trençkot, palto, pencək, köynəklərdə öz sözünü deyir. Bu tendensiya xüsusilə də 70-80-ci illərin dəbinə damğa vurur. Stil ikonaları Odri Hepbörn, Bricit Bardo, Ceyn Birkin bu trendin daha da populyarlaşmasına səbəb olurlar.
Müasir dövrdə yaxa qaldırmaq tendensiyası, əsasən, küçə stilində müşahidə edilir. Dövrümüzün stil ikonalarından Viktoriya Bekhem və Miranda Kerr yaxa qaldırmaq dəbi ilə ayaqlaşırlar.
Ləman Sultan
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Magazin107:17Bu gün 25 dərəcə isti olacaq
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."








.jpg)

.jpg)




















.png)

.jpg)





