Dəb
Məşhur dizaynerlər yeni kolleksiyanı məxfi saxladı – FOTOLAR
“Dolce & Gabbana” brendi Parisdəki Yüksək Moda Həftəsində iştirak etməsə də, “Haute Couture” kolleksiyasını nümayiş etdirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, brendin yeni yaz-yay kolleksiyasının nümayişi Milanın məşhur "La Skala" opera teatrında tam məxfilik şəraitində baş tutub.
“Haute Couture” nümayişləri adətən mətbuatda işıqlandırılır və maraqla qarşılanır. Xüsusi qeyd etmək lazımdır ki, “Dolce & Gabbana” yeni kolleksiyasını publika üçün deyil, ilk növbədə, öz sadiq və zəngin müştəriləri üçün nümayiş etdirib.
Dizaynerlər dəfiləni qapalı şəraitdə keçirmək istəsələr də, qonaqlar yeni kolleksiyanın şəkillərini çəkib sosial şəbəkələrdə paylaşıblar. Kolleksiyanın fotoları olmadığı üçün italyan moda evinin inciləri barədə yalnız “Instagram”da yayılmış fotolardan öyrənmək olar.
Kolleksiya məşhur opera teatrına həsr olunub. Qalan məsələlərdə isə Domeniko və Stefano öz üslubunu dəyişməyib: parlaq dekorlar, qiymətli xəzlər, gül-çiçək motivləri, krujeva detalları kolleksiyanın əsas mövzusu olub.
Yeri gəlmişkən, bir çox dizaynerlər kimi, italyanlar da yeni kolleksiyada ancaq ziyafət libasları deyil, gündəlik dəstlər də təqdim ediblər.
Dəfilədən sonra qonaqlar üçün şam yeməyi təşkil olunub.
Aytən
-
Sosial02:12“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI









.jpg)

.jpg)
























