Dəb
400 milyon dollarlıq mirası ala bilmirlər
İtalyan moda evi “Fendi”nin və fransız “Chanel” markasının baş dizayneri Karl Lagerfeld 2019-cu ilin fevralında vəfat etsə də, varisləri hələ də mirasa qovuşa bilmir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, modelyerin birbaşa varisləri olmayıb. Heç zaman evli olmayan homoseksual modelyer bütün sərvətini pişiyinə buraxmaq istədiyini və qanuni olsaydı, Şupetlə evlənmək istədiyini bildirmişdi. Lakin qanun buna imkan verməyib, çünki sərvətin heyvanlara verilməsi barədə qanun yoxdur. Odur ki, mirasın yalnız bir hissəsi pişiyə keçib, qalanı dizaynerin muzaları adlandırdığı modelləri arasında bölünüb. Ancaq sahibləri yenə də miraslarını ala bilməyib.
“Daily Mail”in yazdığına görə, Lagerfeldin mühasibi müəmmalı şəkildə yoxa çıxıb. Vəsiyyətnamədə yeddi nəfərin adı var.
Etiket vurmağı sevmirəm deyən modelyer muzaları haqqında fikirlərini belə ifadə etmişdi: “Heç bir ailəm yoxdur. Ona görə də problemsiz oğulların olması yaxşıdır”.
Qeyd edək ki, dünya şöhrətli modelyerin mirası 400 milyon funt sterlinq qiymətləndirilir.
Aytən Məftun
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















