Digər
Amerika nəşri Pakistan və Hindistan ordularının gücünü müqayisə etdi
Pakistan və Hindistan arasında ötən həftə Kəşmir bölgəsində baş verən hərbi qarşıdurma ekspertlərin diqqətini bu ölkələrin, xüsusən Hindistanın silahlı qüvvələrinə yönəltdi.
Publika.az xəbər verir ki, ABŞ-ın “Nyu York Tayms” nəşrində bununla bağlı dərc olunan məqalədə Hindistanın silahlı qüvvələri “dəbdən düşmüş” adlandırılıb.
Qeyd edilir ki, Cənubi Asiyanın duşmənçilik edən iki ölkəsi arasında hava döyüşü Hindistanın silahlı qüvvələri üçün son beş il ərzində nadir sınaq oldu və onun nəticəsi müşahidəçiləri heyrətləndirdi. Hökumət məlumatlarına əsasən, əgər sabah intensiv döyüş əməliyyatları başlanarsa, onda Hindistan öz qoşunlarını döyüş sursatları ilə yalnız 10 gün ərzində təmin etməyi bacaracaq. Bundan başqa, hərbi texnikanın 68 faizi rəsmən “dəbdən düşmüş” kimi tanınıb.
“Bizim qoşunlarımızda XXI əsrin hərbi əməliyyatlarının keçirilməsi üçün müasir texnika çatışmır”, - Hindistan parlamentinin müdafiə komitəsinin üzvü Qaurav Qoqoy qeyd edib.
Hind hərbçilərinə gəlincə, onlar üçün maliyyələşdirmə ən böyük çağırış olaraq qalır.
2018-ci ildə Hindistan elan edib ki, onun hərbi büdcəsi təxminən 45 milyard dollar təşkil edib. Pulun çox hissəsi həqiqi hərbi xidmətdə olan 1,2 milyon hərbi qulluqçu, həmçinin hərbi pensiyaların ödəməsinə yönəldilir. Yalnız 14 milyard yeni hərbi avadanlığın sərf edilib.
Ancaq bundan fərqli olaraq, Pakistan hələ Amerika tərəfindən çatdırılmış silah və hərbi texnikanın güclü arsenalına bel bağlaya bilər.
Hind rəsmi şəxslərinin sözlərinə görə, Pakistan keçən həftə hücum üçün “F-16” qırıcılarından istifadə edərək Hindistanın “MİQ-21” təyyarəsini vurub. İslamabad bu xəbərləri rədd etdi, ancaq bazar günü ABŞ-ın Pakistandakı səfirliyinin nümayəndələri bildirdilər ki, Birləşmiş Ştatlar daxil olmuş informasiyanın yoxlanılması ilə məşğul olur. Mümkündür, qonşu dövlətdə hücum üçün “F-16” qırıcısından istifadə bu qırıcıların satışı haqqında razılaşmanın pozulması ilə nəticələnsin.
Xatırladaq ki, fevralın 27-də Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqlayıb. Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafurun tvitter səhifəsində yazdığına görə, təyyarələr çərşənbə günü Pakistanın hava məkanında ölkələr arasında nəzarət xəttinin üzərində vurulub.
Hindistan ordusu isə ölkənin hava məkanını pozan "F-16" Pakistan hərbi təyyarəsini vurduğunu açıqlayıb.
Ömər Dağlı
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?










.jpg)















.webp)









