Digər
Bu ölkədə silahlılar 65 dinc sakini öldürdü
Nigeriyanın şimal-şərqində “Boko Haram” radikal qruplaşmasının döyüşçülərinin hücumu nəticəsində ən azı 65 dinc sakin öldürülüb.
Publika.az xəbər verir ki, bu haqda yerli polisin nümayəndəsinin bəyanatına istinadən “Röyters” agentliyi bildirib.
Daha əvvəl “Agence France-Presse” agentliyi ən azı 23 nəfərin həlak olduğunu xəbər vermişdi.
Məlumata görə, motosikllərlə gələn döyüşçülər yerli kəndlərdən birinə gələrək dəfn mərasimindən qayıdan insanlara atəş açıblar.
Qeyd edək ki, “Boko Haram” qruplaşması Nigeriyanın şimal-şərqi və şərqində hərəkət edir. Qruplaşmanın döyüşçüləri həmçinin qonşu ölkələrdə - Niger, Kamerun və Çadda hücumlar təşkil edirlər.
2009-cu ildən “Boko Haram” döyüşçüləri Çad gölü sahilindəki ölkələrində 27 mindən çox insanı öldürüblər, təxminən 2,6 milyon insan qaçqın olub. Münaqişə zonasında 11 milyon nigeriyalıdan çoxu təcili humanitar yardıma ehtiyac duyur.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı




































.jpg)

.jpg)