Digər
13 milyon insan TƏHLÜKƏDƏ - Aclıq başlaya bilər
Birləşmiş Millətlər Təşkilatı (BMT) çəyirtkələrin sürətlə yayılmağa davam etdiyi Şərqi Afrika ölkələri olan Keniya, Efiopiya və Somalidə 13 milyon nəfərin qida ehtiyatının təhlükədə olması barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok məsələ ilə bağlı keçirilən mətbuat konfransında çəyirtkə istilasına qarşı təxirəsalınmaz tədbir görülmədiyi təqdirdə, Şərqi Afrika ölkələrinin fəlakətə məruz qalacağını və humanitar böhranla üzləşəcəyini bildirib.
O, həşəratlarla mübarizə planı üçün 76 milyon dollara ehtiyac olduğunu söyləyib.
Loukok iqlim dəyişikliyinin çəyirtkə sayının artmasında və onların sürətli yayılmasında təsirli olduğunu vurğulayıb.
Qeyd edək ki, bir kvadratkilometrdə toplaşan 40-80 milyon çəyirtkə gün ərzində 35 min insanın qida ehtiyatını yemə potensialına malikdir.
-
Magazin206:16Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi - FOTO
-
Dəb05:45Payız mövsümü üçün ən yaxşı cins modelləri - Bu rənglər trend olacaq
-
İdman05:15Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı - FOTO
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR



































