Digər
Gizli xəstəlik yayıldı - Yüzlərlə insan naməlum səbəbdən ölür
Qərbi Afrika ölkəsi Nigeriyanın Kano əyalətində 5 həftə ərzində gizli xəstəlik səbəbilə 979 nəfər dünyasını dəyişib.
Publika.az xəbər verir ki, ölkənin Səhiyyə naziri Osaki Ehanir mətbuat konfransında bu barədə danışıb.
Onun sözlərinə görə, ölənlər arasında səhiyyə işçiləri və dövlət qurumlarının əməkdaşları da var.
Ehanir bildirib ki, əyalətdə 3 gün ərzində 150 nəfərin ölməsindən sonra bölgəyə briqada göndərilib. Araşdırma nəticəsində məlum olub ki, ölənlərin əksər hissəsi 65 yaşdan yuxarı şəxslərdir. Onların yalnız 50%-də koronavirus aşkarlanıb.
Qeyd edək ki, Kano hökuməti daha öncə gizli xəstəliyin COVİD-19 olmadığını bildirmişdi. Ölümlərin hipertoniya, diabet, meningit və qızdırma kimi müxtəlif xəstəliklər səbəbilə baş verdiyi qey olunmuşdu.
Hökumət epidemiyanın qarşısını almaq üçün əyalətdə küçəyə çıxma qadağası elan etmişdi.
Son rəqəmlərə görə, Nigeriyada 12 min 486 nəfər koronavirusa yoluxub, 354 nəfər ölüb.
Zümrüd
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































