Digər
Ağcaqanad cinayətkarın ələ keçməsinə səbəb oldu – Üç cinayət işi bağlandı
Çinin Fuçjou dairəsində polis ölü ağcaqanadın buraxdığı qan ləkəsindən götürülmüş DNT analizi sayəsində qarətçini yaxalaya bilib.
Publika.az xəbər verir ki, kriminalistlər ekspertiza zamanı onu qarət edilmiş mənzilin divarında tapıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğrunun gecəni qarət etdiyi evdə keçirdiyini ehtimal ediblər: ekspertlər paketlərdə hazır əriştə, yumurta qabığı və öldürülmüş ağcaqanad tapıblar. Ölən həşərata diqqət çəkən polis DNT analizi üçün qan götürüb.
Analiz nəticəsində məlum olub ki, qan artıq oğurluqda təqsirli bilinən Çay soyadlı yerli sakinə məxsusdur. Cinayətkar qarətdən 19 gün sonra həbs edilib, hüquq-mühafizə orqanları isə eyni şəxslə bağlı olan 3 quldurluq hadisəsini bir anda bağlayıb.
Səxavət
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO


































