Dizayn
Evinizi payıza hazırlayın - FOTOLAR
Payız ilin ən romantik fəslidir. Həzin payız günlərində evdən bayıra çıxmaq istəməyərək romantik əhvala köklənməyimiz də məhz fəslin xarakterindən irəli gəlir. Odur ki, bütün gün evdə oturub qarşında bir fincan isti qəhvə ilə bəyəndiyin yazarın hər hansı bir əsərini mütaliə etmək istəyirsən. Ancaq o şərtlə ki evin də dekorasiyası da mövsümün və sizin əhval-ruhiyyənizə uyğun olsun.
Odur ki, evinizi payız üslubunda bəzəyin. Bunun üçün Publika.az sizə yardımçı olacaq.
Beləliklə, yay dekorasiyasında mavi və bəyaz kimi açıq rənglər istifadə olunurdusa, payız aylarında qırımızı, narıncı və qəhvəyinin müxtəlif tonları hakimdir.
Payızın rəmzi
İfritələr bayramı oktyabr ayının son gününə təsadüf etdiyi üçün balqabaq həm də payızın rəmzi sayılır. Ümumiyyətlə, balqabaq aksessuarları dekorasiyada yeni dəb tendensiyası deyil. Ancaq builki balqabaq aksessuarları çox orijinal və müxtəlif rənglərdə təqdim olunub. Məsələn, tutqun-qızılı, qızılı və ya gümüşü naxışlar çox effektli görünür.
Şirniyyatları qapağı bəzəkli bankalara qoyun
Əvvəllər bankalar qışa tədarük görmək üçün istifadə olunurdusa, onlar indi aksessuar funksiyasını da yerinə yetirirlər. Məsələn, şirniyyatlar bəzəkli qapağı olan bankalarda çox effektli dekor kimi görünürlər. Xoşbəxtlikdən bu ideyanı həyata keçirmək heç də çətin deyil.
Payız təamlarının qoxusu...
Süfrə və mətbəx payızda əsas yer tutur. Bu da o deməkdir ki, masaları da bəzəksiz qoymaq olmaz. Odur ki, masanın üzərinə quru meyvələr, yarpaq və çiçəklər, o cümlədən səbətdə və ya qabda mövsüm meyvələri qoyun. Arzu edənlər qurudulmuş yarpaq və budaqların yanında şam qozalarından da istifadə edə bilər.
Qəhvəyi rəngin tolarından ilham alın
Süfrələri, pərdələri, yastıqları kirəmit rəngində, qəhvəyi tonlarında seçin. Qəhvəyi tonları solğun yaşıl rəngli vaza və mebellərlə tamamlayın.
Əşyalarınızı da geyindirin
Bir neçə ildir ki güldan, fincan və baş əşyalara toxunma qəliblər geyindirmək dəbdədir. Qəliblərə əlavə pul xərcləmək istəmirsinisə, biz sizə köhnə sviter və jaketlərinizi atmayıb bu məqsədlə istifadə etməyi təklif edirik.
Aytən
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











