Dizayn
İnteryerdə xalçanın əhəmiyyəti – FOTOLAR
Bəzi dekorativ elementlər var ki, onlar evə isti atmosfer bəxş edir. Bu, ilk növbədə xalçalara aiddir. Bəziləri onların öz əhəmiyyətini çoxdan itirdiyini hesab etsə də, müasir dizaynerlər rahat atmosferin yaradılması üçün xalçaların mütləq olduğunu qeyd edir.
Bu yumşaq örtüklərin köməyilə bəzi çatışmazlıqları vizual düzəltmək də olar.
Publika.az bu yazıda interyerdə xalçadan düzgün istifadəyə dair 5 gözəl hiyləni təqdim edir.
Əlvan
Əlvan xalçalar interyerdə həmişə aktualdır. Onlar daha çox bəzi çatışmazlıqları örtüb otaqları bəzəyirlər. Al-əlvan rəngli xalça diqqəti cəlb etməklə yanaşı, yüksək ovqat yaradacaq.
Tez-tez şən məclislər təşkil edib qonaq dəvət edirsinizsə, o zaman sarı və ya yaşıl rəngli xalçalar seçin. Bu rənglər ayıq atmosfer yaradacaq. Göy xalçalar isə sakit əhval-ruhiyyə yaratmaq üçün lazımdır. Şərq interyerində, adətən, bənövşəyi, qəhvəyi, qızılı, qırmızı rəngli xalçalar istifadə olunur. Mavi və firuzəyi isə dəniz üslubu ilə əla görünür.
Onu da yadda saxlayın ki, döşəmə açıqdırsa, tünd rəng seçmək interyeri effektli göstərəcək. Döşəmə tünd olduqda isə əksini edin.
Ahəngdarlıq
Xalçaların mənzildə ahəngdar şəkildə görünməsi üçün interyerin digər detallarına da diqqət yetirmək lazımdır. Məsələn, örtük və pərdələri bir-birinə yaxın çalarlarda seçin.
Forması
Əgər mənzilin interyeri klassik üslubdadırsa, onda xətlərin yumşaldılması üçün dairəvi xalça seçin. Bu zaman otaqda başqa dəyirmi elementlərin olmasına diqqət edin. Məsələn, güzgü və masanın dairəvi olması alqışlanır. Əgər daha ciddi interyer istəyirsinizsə, kvadrat və ya düzbucaqlı xalça seçin.
Kiçik otaqlar üçün
Balaca otaqlar üçün kiçik xalçalar münasibdir. Yataq otağında çarpayının, qonaq otağında isə divanın yanında kiçik ölçülü xalçalar yerləşdirmək olar.
Həndəsi naxışlar
Romblar və ziqzaqlar məkanı dinamik, zolaqlar isə otağı vizual olaraq geniş göstərir, kontrast birləşmələr diqqəti cəlb edir.
Aytən
-
Rəsmi xronika09:52YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
















.jpg)

.jpg)


















.jpg)

