Dizayn
İnteryerdə ehtişam və dəbdəbənin yeni simvolu – FOTOLAR
Evinizi klassik üslubda bəzəməyə qərar vermisinizsə, burada bahalı və təbii materiallardan hazırlanan aksessuar və əşyalar üstünlük təşkil etməlidir. Yüksək keyfiyyətli təbii materialların istifadəsi çox gözəl zövqün və prestijin nümayişidir. Buna görə də klassik üslubda daş, qızılı bəzəklər, ipək və atlas kimi təbii parçalara daha çox yer verilir. Qızılı çalarlar da əvvəllər klassik üslubun ayrılmaz elementlərindən biri sayılırdı. Amma dizaynerlər indi otağın hansı üslubda dizayn edilməsindən asılı olmayaraq, qızıl parıltısından yararlamağa icazə verir.
Bəzən kiçik qızılı aksessuar belə qonaq otağının görünüşünü tamamilə dəyişdirib daha təmtəraqlı göstərməyə qadirdir. Məsələn, qızılı çilçıraq və lampa otağı zadəgan üslubuna bürüyə bilir. Qızılı haşiyələrə alınmış aynalar, şəkil çərçivələri bu məsələdə sizə yardım edə bilər. Qonaq otağının bir az parıltılı və ehtişamlı görünməsi üçün qızılı tonlarına müraciət edə bilərsiniz. Antik oturacaqların kənarlarını da qızılı rənglərə bürüyə bilərsiniz.
Qızılı tonlardan istifadə edərkən ölçü hissini itirməyin. Mebellər və aksessuarlarda qızılı rəngin çalarlarından istifadə etmisinizsə, divar kağızlarını mümkün qədər sadə seçməlisiniz.
Aytən
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











